21 yanvar 2008-ci il tarixinde Bakida "LIDER TV" telekanalında "Unimark" şirkətinin texniki dəstəyi ilə azerbaycan televiziyasının tarixində ən baximli layihəsi olan MASHIN 8 efir üzü görüb.Bu layihə Azercell, Sim-Sim,GəncSim, həmçinin Rusiya,Ukrayna və Moldcell abonentləri üçün nəzərdə tutulub. MASHIN 8 layihəsi 21 gün müddətində 18 nəfərdən ibarət estrada ulduzların iştirakçısı ilə davam edəcək. Hər gün iştirakçılar arasında keçirilən səsvermə nəticəsində ən çox səs toplayan iştirakçı bu şounu tərk etməyə təhlükə altında olacaq. Lakin, bu işirakçınin şouda qalmaq şansı olacaq. Iştirakçıya kömək üçün tamaşaçılara müraciət etməyə imkan verilir, və səs vermənin nəticəsində SMS- vasitəsi ilə tələb olunan miqdarda səs topladığı halda, iştirakçı əsas priz – avtomobil- uğrunda mübarizəsini davam etmək ixtiyarı əldə edir.
![]()

İndi, müxtəlif faydalı məlumat, yeniliklər, xəbərlər, musiqi və rəngarəng əyləncə Simurq-la Sizə uyğun vaxtda, sizi narahat etmədən birbaşa telefonunuzun ekranına gələcək!
Ən əsası isə mesajlar fərdiləşdirilmiş şəkildə göndərilə bilər, yəni Siz yalnız seçdiyiniz mövzuya aid mesajlar ala bilərsiniz.
![]()

UniMark şirkəti Azercell ilə birgə Azərbaycanda analoqu olmayan ReklamCELL layihəsini təqdim edir. Bu xidmət sayəsində milyonlarla insanlar Sizin sifariş etdiyiniz reklamı birbaşa öz mobil telefonlarında görə bilərlər. TV, radio və çap materiallarından fərqli olaraq, ReklamCELL xidmətinin üstünlüyü ondan ibarətdir ki, sifariş etdiyiniz reklam yalnız Sizin məhsul və ya xidmətlə maraqlanan abunəçiyə göndərilir, bu isə o deməkdir ki, ReklamCELL vasitəsi ilə bir gün ərzində 200,000-ə qədər abunəçiyə reklam mesajı göndərmək mümkündür. Həmçinin, digər reklam vasitələrindən fərqli olaraq, reklamlar birbaşa mobil telefonlara göndərildiyi üçün onların istifadəçı, yəni potensial müştəri tərəfindən oxunması ehtimalı 100%-ə bərabərdir. Bundan elavə, abunəçi aldığı hər bir reklam mesajına görə balansına 2 kontur qazanır. Daha ətraflı...
![]()
15 Sentyabr 2006- ci il tarixində "Unimark" şirkəti tərəfindən "Şəfa" stadionunda Röyanın canlı konserti təşkil olunmuşdur.Konsertdə iştirak etmək üçün abonentlər 20 ədəd boş SimSim və ya Ödəmə Kartı toplayıb "World Telecom" dükanlar şəbəkəsinə təqdim edərək,dəvətnamə əldə edirdilər.
![]()
“Unimark” şirkəti tərəfindən Azercell abonentləri üçün Türkiyənin pop-ulduzu olan Tarkanın 30 iyun Bakıda , «Şəfa» stadionunda keçirilən ikinci konsertinə biletlərin oynanılması təşkil olunmuşdur. “Tarkan” sözünü qısa nömrəyə göndərən hər əllinci abonent pulsuz dəvətnamə əldə edirdi. Həmçinin, qisa nömrəyə SMS yollayan hər abonent hədiyyə olaraq Tarkanın repertuarından musiqi parçasını qazanırdı.
![]()
2006-ci ildə Futbol üzrə Dünya Çempionatı ərzində «Unimark» şirkəti futbol həvəskarları olan Azercell abonentləri üçün unikal imkan yaratmışdır. Bu xidmətin abunəçiləri bütün çempionat ərzində hər oyunun gedişatı haqqında tam informasiyanı əldə edirdilər.
![]()
Unimark şirkəti texniki tərəfdən Azercell,SimSim,GəncSim və BizdənBizə abonentləri üçün "Planet parni iz bakı" ş əkillərini, video roliklərini və səs parçalarını yükləmək imkanı yaradır.
![]()
İlk dəfə 2006-cı ildə regional səviyyədə Gəncə şəhərinin “Kəpəz” telekanalında “Unimark” şirkətinin texniki dəsətəyi ilə, məşhur “Qəfəs” realiti-şousunun analogu olan “Ada” proekti efir üzü görüb.



